AZ

Berlində 1 May nümayişləri zamanı 70-dən çox insan saxlanılıb

Berlin polisi mayın 1-də keçirilən nümayişlər zamanı 73 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, nümayişlər zamanı baş verən toqquşmalar nəticəsində təxminən 12 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Berlinin daxili işlər üzrə senatoru İris Şpranger bildirib ki, təxminən 5 800 polis əməkdaşı növbədə olub.

Qeyd edilib ki, 62 nümayiş və bayram tədbirlərində 61 mindən çox insan iştirak edib.

Seçilən
0
3
report.az

4Mənbələr