"İnter"in müdafiəçisi Denzel Dumfries ilk yarımfinal oyunlarından sonra Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, UEFA-nın mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu yarımfinalda “Barselona” ilə ilk matçda iki qol vurub.
Görüş 3:3 hesabı ilə heç-heçə başa çatıb. Həftənin oyunçusu mükafatına ikinci namizəd PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya olub, o, komandasına səfərdə “Arsenal”a 1:0 hesabı ilə qalib gəldiyi matçda məhsuldar ötürmə verib.