AZ

Binəli Yıldırım: TDT ölkələrinin Şimali Kipr Türk Cumhuriyyətinə qarşı hər hansı mənfi mövqeyi yoxdur

Türk Dövlətləri Təşkilatı ölkələrinin Şimali Kipr Türk Cumhuriyyətinə (ŞKTC - red.) qarşı hər hansı mənfi mövqeyi yoxdur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə ŞKTC-də TDT-nin Ağsaqqallar Şurasının iclasında çıxışı zamanı Şuranın sədri Binəli Yıldırım bildirib.

O qeyd edib ki, mətbuatda yayımlanan bəzi xəbərlər türk dövlətlərinin bir-birinə qarşı hörmət və sevgisini azaltmağa yönəlib və bu xəbərlərə ən gözəl cavab isə TDT-nin Ağsaqqallar Şurasının iclasının Şimali Kiprdə keçirilməsidir.

“TDT-nin ŞKTC ilə bağlı mənfi mövqeyi yoxdur, ŞKTC-nin müşahidəçi statusu malik ölkə olaraq münasibətlərimizi inkişaf etdirəcəyik. Qeyri məsələlər bizim gündəmimizə daxil deyil. Biz dünənə görə daha da güclüyük”, - deyə Binalı Yıldırım vurğulayıb.

Seçilən
0
5
apa.az

6Mənbələr