ABŞ-ın Yuta ştatındakı Brays Kanyon Milli Parkında 115 metr hündürlükdən düşən yaşlı pişik sağ qalıb.
Publika.az xəbər verir ki, bu barədə "FOX 13 News Utah" televiziya kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 12 yaşlı ev heyvanı çirkli və cırılmış daşıyıcıda tapılıb. Yaxınlıqda isə onun sahibləri - Floridadan olan turistlər Metyu Nannenin və Beyli Kreynin cəsədləri aşkarlanıb. Polis cütlüyün eyvanın məhəccərinə dırmaşarkən yıxılıb öldüklərini güman edir.
Mənbənin sözlərinə görə, Miraj adlı heyvan Kanab sığınacağındadır və hazırda salamatdır.