BAKI, 1 may. TELEQRAF
Hökməli-Qobu yolu ərazisində yaşayan sakinlər uzun müddətdir yolların bərbad vəziyyətdə olmasından narazılıq edirlər. Onların sözlərinə görə, yol o qədər pis haldadır ki, nə piyadaların, nə də nəqliyyat vasitələrinin rahat hərəkəti mümkündür. Aylardır aidiyyatı qurumlara müraciət edilsə də, ortada dəyişiklik yoxdur.
Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) Teleqraf-a verilən məlumata görə, ərazidəki vəziyyət qiymətləndirilib və diqqət mərkəzindədir.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, yaxın müddətdə ərazidə təmir işləri aparılacaq.