AZ

Daşkəsənin Dəstəfur kəndinə gedən avtomobil yolu təmir olunub

Daşkəsənin rayon mərkəzi ilə Dəstəfur kəndini birləşdirən avtomobil yolu uzun illər sonra təmir edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, sözügedən yola çınqıl-torpaq örtüyü salınıb, cari təmir işləri aparılıb, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, avtomobil yolu uzun illər təmir olunmadığı üçün avtomobillərin hərəkətində çətinliklər yaranırdı.

Seçilən
0
1
report.az

2Mənbələr