AZ

Komissiya sədri: Kiberhücumlar yüksək səviyyədə təşkilatlanmış qrup tərəfindən icra olunub

Bakı, 2 may, AZƏRTAC

Hücumun kim tərəfindən və hansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistem qeydlərinin təhlili aparılıb, zərərverici proqram təminatının izləri araşdırılıb, eləcə də hücum edənlərin davranış analizi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın sədri Ramid Namazov cari il fevralın 20-də bir sıra media resurslarına qarşı həyata keçirilən kiberhücumların mənbəyi və motivləri barədə danışarkən deyib.

O bildirib ki, araşdırma hücumun yalnız texniki deyil, eyni zamanda, psixoloji təsir yaratmağa yönəlmiş, yüksək səviyyədə təşkilatlanmış kibercasus qrupu tərəfindən həyata keçirildiyini ortaya çıxarıb.

“Həmin qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir. Məqsəd isə media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq idi”, - deyə R.Namazov qeyd edib.

Seçilən
0
azertag.az

1Mənbələr