“Bayer” yarımmüdafiəçisi Florian Virtsin “Bavariya”ya keçidinin qarşısını almaq istəyir.
"90deqiqe.Az-ın "Sky Germany"ə istinadən verdiyi xəbərə görə, Leverkuzen təmsilçisinin rəhbərliyi komandanın 21 yaşlı yarımmüdafiəçisini bu yay Münhen klubuna transferinin baş tutmasını istəmir.
Klub rəhbərliyi futbolçunu heyətdə saxlamaq niyyətindədir.
Lakin vəziyyət elə inkişaf edərsə ki, klub onu satmağa məcbur qalarsa, “Bayer” Virtsin Almaniya xaricində — xüsusilə “Mançester Siti” və ya “Real Madrid” kimi klublara transferinə üstünlük verəcək.
Bu mövsüm Virts bütün yarışlarda 42 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt, alman oyunçunun dəyərini 140 milyon avro olaraq dəyərləndirir.