
İstanbul zəlzələsindən sonra 4 min 295 bina zədələnib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum bildirib.
“Biz 36 min 425 binanı yoxladıq, onlardan 4 min 295-nin ziyan gördüyünü müəyyən etdik”, - nazir qeyd edib.
O, həmçinin dəymiş ziyanın qiymətləndirilməsinin davam etdiyini bildirib.
Qeyd edək ki, İstanbulda zəlzələlər aprelin 23-də baş verib. Ən güclü zəlzələ 6,2 bal gücündə olub və təqribən 13 saniyə davam edib. Yeraltı təkanlar hətta episentrdən 300 kilometr aralıda, Ankarada da hiss olunub. Həmçinin, zəlzələlərdən sonra İstanbulda təxminən 127 afterşok qeydə alınıb.