İstanbul Sabiha Gökçen Hava Limanının uçuş-enmə zolağında görünən bir ördək, heyətləri hərəkətə keçirdi.
Sherg.az xəbər verir ki, uçuş-enmə zolağında baş verən hadisədə, eniş edən təyyarənin pilotu zolaqda gəzişən bir ördək görüb.
Pilot dərhal hava limanının hava nəzarət qülləsi ilə əlaqə saxlayaraq vəziyyəti bildirib.

Bunun ardınca heyətlər zolaqda yoxlama aparıb. Həmin vaxt eniş üçün gözləyən bir təyyarə də gözləmə mövqeyinə alınıb.
Yoxlamalar nəticəsində hər hansı təhlükəli vəziyyətin olmadığı müəyyən edildikdən sonra təyyarələrin enişi problemsiz şəkildə baş tutub.
Telsiz danışıqlarında keçən dialoq belə olub:
Pilot: “Cənablar, enişdən sonra zolaqda bir ördək gördük, məlumat vermək istədim.”
Qüllə: “Zolaqda olduğuna əminsinizmi, cənab?”
Pilot: “Bəli, əminik.”