AZ

132 gündür sahildə həyat yoldaşını gözləyir - FOTO

“Heç olmasa bir məzarı olsun”

Türkiyənin  Samsun şəhərində ötən ilin 22 dekabrında dənizə çıxan balıqçı Muhammer Sevgilidən 132 gündür xəbər yoxdur. Sevgilinin həyat yoldaşı həmin gündən bu yana Qara dəniz sahilində ümidlə gözləməyə davam edir.
Sherg.az xəbər verir ki, Çarşamba rayonunda Muhammer Sevgili və Halil Kayış “Muratım 55 D 1416” adlı qayıqla balıq tutmaq üçün dənizə çıxıblar.
Bir müddət sonra balıqçılardan xəbər alınmadığı üçün axtarış işləri başladılıb.
26 dekabrda dənizə çıxdıqları nöqtədən təxminən 1 kilometr məsafədə, 8 metr dərinlikdə batan qayığa çatıblar.
Ertəsi gün Halil Kayışın cansız cəsədi Karabahçe məhəlləsinin sahilində tapılıb.
Lakin Muhammer Sevgilidən 132 gündür xəbər yoxdur.

Hadisədən təxminən 4,5 ay sonra, 15 gün əvvəl Çarşamba rayonunun Hürriyyət sahilində bir dalğıc geyimi tapılıb.
Geyimin Sevgiliyə aid olub-olmadığı araşdırılacaq.

Lale Sevgili sahildə ümidlə gözləyərək bildirib:

“Mənim həyat yoldaşım 132 gündür itkindir. Tapılmasını istəyirəm. Heç olmasa bir məzarı olsun. Digər dostu dənizdən çıxdı, onun məzarı bəllidir, gedib dua edirlər. Mən Ramazan Bayramı ərəfəsində bura gəldim. Burada ağladım. Dənizin ucu-bucağı yoxdur. Harada olduğu bəlli deyil.”
Hürriyyət sahilində tapılan geyimin həyat yoldaşına aid olduğunu düşünən Lale Sevgili dedi:
“Geyimi bizə göstərdilər. O an qəlbimə bir ağrı oturdu. O geyimin ona aid olduğunu dedim.”



Seçilən
0
sherg.az

1Mənbələr