Energetika naziri Pərviz Şahbazov Türkiyədə Rumıniya və Bolqarıstanlı həmkarları ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bunu Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, qaz tədarükü və enerji əməkdaşlığının gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr apardıq. Türkiyədə Bolqarıstanın energetika naziri Jeço Stankov ilə səmərəli görüş keçirdik. Qaz tədarükü və tranziti üzrə əməkdaşlığımızın inkişafı perspektivlərini, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi”l ayihəsinin icrası və Bolqarıstanın qazlaşdırılması istiqamətlərində irəliləyişləri nəzərdən keçirdik”, - paylaşımda qeyd olunub.