AZ

İlqar Mustafayevin həbs müddəti xeyli artırıldı

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 8 aylıq ilkin araşdırma müddəti yetərli olmayıb.

“Qafqazinfo”nun məlumatına görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimat verib. Təqdimatda əlavə sübutların toplanması üçün istintaq orqanına kifayət qədər vaxt verilməsi, təqsirləndirilən şəxsin həbs müddətinin uzadılmasını xahiş edib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Qərara əsasən İ.Mustafayevin həbsdə saxlama müddəti 5 ay artırılıb. 

Bu müddət ərzində prokurorluq istintaqı yekunlaşdırmalıdır. Əks halda əlavə vaxt üçün Baş prokuror və ya birinci müavini məhkəməyə müraciət etməlidir. 

Qeyd edək ki, İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.

Sail Ağasəlim

 

Seçilən
0
18
qafqazinfo.az

10Mənbələr