AZ

Kiberhücumlar Rusiyadakı casuslar tərəfindən olunub - Komissiya sədri

Bu ilin fevralında Azərbaycanın ondan artıq media orqanları genişmiqyaslı kiberhücumlara məruz qalıb.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyasının sədri Ramid Namazov parlamentdə təşkil olunan “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, kiberhücum saxta “bayraq hücum”u altında mütəşəkkil kibercasus qrup tərəfindən keçirilib.

“Kiberhücum xarici ölkədə dövlətə bağlı kibercasus təşkilatı tərəfindən həyata keçirilib. Bu qrup Rusiyaya bağlı olub və orada yerləşən kibercasuslar tərəfindən həyata keçirilib. Kiberhücumun Rusiya tərəfindən törədilməsi çox təəssüf hissi doğurur. Bu ikitərəfli əlaqələrə xələl gətirmək məqsədi daşıyıb. Əməliyyat məqsədilə həyata keçirilib. Əməliyyatın məqsədi təkcə texniki xarakterli deyil, eyni zamanda psixoloji məqsəd daşıyıb”, - Namazov qeyd edib.

Mürtəza
Ölkə.az

Seçilən
0
olke.az

1Mənbələr