AZ

“TikTok” 530 milyon avro cərimələndi

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası "TikTok" sosial media platformasının sahibi olan Çinin "ByteDance" şirkətini avropalı istifadəçilərin məlumatlarını qanunsuz olaraq Çinə ötürdüyünə görə 530 milyon avro cərimələyib.

Yenisabah.az xəbər verir ki, komissiya pozuntuları düzəltmək üçün şirkətə 6ı ay möhlət verib.

Şirkət Avropa TikTok istifadəçiləri haqqında məlumatları Çin hakimiyyətinin əldə edə biləcəyi Çin serverlərində saxlayıb. Bu, avropalılar haqqında məlumatların digər ölkələrin hakimiyyət orqanlarına ötürülməsini qadağan edən Aİ qaydalarının pozulmasıdır.

"TikTok" nümayəndələri tənzimləyicinin qərarından şikayət edəcəklərini və heç vaxt Çin səlahiyyətlilərindən Avropa vətəndaşları haqqında məlumat sorğusu almadıqlarını və heç vaxt belə məlumatları onlarla paylaşmadıqlarını bildiriblər.


Telegram kanalımız
Seçilən
0
4
yenisabah.az

5Mənbələr