AZ

Ölkəmizdə müxtəlif şəxslərə qarşı hədəfli TDoS hücumları baş verib - Ramid Namazov

Bakı. Trend:

Ölkəmizdə müxtəlif şəxslərə qarşı hədəfli TDoS hücumları başverib.

Trend xəbərverir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibridtəhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid NamazovKomissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar”mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.

"Ölkəmizdə müxtəlif şəxslərə qarşı hədəfli TDoS hücumları başverib. Burada hədəf şəxsin telefon xəttinə müxtəlif nömrələrdən(adətən saxta və ya təsadüfi nömrələrdən) dayanmadan çoxsaylızənglər edilir. Məqsəd sistemi yükləyib sıradan çıxarmaq və qanunizənglərin qarşısını almaqdır. Buna haradasa telefon terroru adınıda vermək olar", - o bildirib.

Onun sözlərinə görə, həmçinin müxtəlif elektron poçt ünvanlarınakütləvi şəkildə spam məktubları da göndərilirdi.

"Təbii ki, bu əməllərin qarşısı da aidiyyəti qurumlarımıztərəfindən peşəkarlıqla alınıb", - o əlavə edib.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr