"Bavariya"nın yayda əsas hədəfi "Bayer"in futbolçusu Florian Virts olacaq.
Offsideplus.az xəbər verir ki, Münhen klubu ümumilikdə 21 yaşlı oyunçu üçün 250 milyon avro ödəməyə hazırdır. Bu məbləğin yarısı Leverkuzen təmsilçisinə çatacaq. 125 milyon isə Virtsin 5 il ərzində qazanacağı məbləğdir.
Bu miqdar "Bavariya" tarixində rekord olacaq. Onlar daha öncə heç bir futbolçu üçün bu qədər ödəməyib.
Bu barədə Fransa nəşri "L'Equipe" məlumat verib.
Virts 2020-ci ildən "Bayer"də çıxış edir. O, ümumilikdə 194 oyunda 56 qol vurub və 63 məhsuldar ötürmə edib.