AZ

Almaniyada ən populyar partiya qadağan edildi: “Ekstremist təşkilat” damğası ilə

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının fəaliyyəti qadağan edilib.

Publika.az xəbər verir ki, bu barədə Konstitusiyanın Müdafiəsi Federal İdarəsi məlumat yayıb.

Agentlik AfD-ni “insan ləyaqətinə məhəl qoymayan sağçı ekstremist təşkilat (...)” kimi təsvir edib. Onlar qeyd ediblər ki, partiyanın siyasəti “əhalinin müəyyən qruplarını cəmiyyətin həyatında bərabər iştirakdan kənarlaşdırmağa” yönəlib.

Departament, qərardan əvvəl AfD-nin fəaliyyətinin hərtərəfli araşdırıldığını da bildirib.

Seçilən
0
3
publika.az

5Mənbələr