Bakı. Trend:
Media qurumlarına kiberhücumda ölkə ərazisində olan əcnəbilər dəiştirak ediblər.
Trend xəbər verir ki, bunu Milli MəclisininXarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqətikomissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın mediaresurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimaimüzakirəsində çıxışı zamanı deyib.
"Hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinintəmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhalmüvafiq addımlar atılıb. Maraqlıdır ki, sonrakı müddət ərzində də,yəni aidiyyəti dəstək veriləndən sonra da bərpa edilən internetinformasiya ehtiyatlarına kiberhücum cəhdlərinin davam etdiyimüşahidə edilib, lakin qarşısı alınıb.
Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları vədomenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilib. Qeydedilməlidir ki, hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi,kiberhücumda iştirak edən bəzi şəxslərin ölkəmizin ərazisindəolduqları, hətta hansı hoteldə olduqları müəyyən edilib. Söhbətəcnəbilərdən gedir. Bu isə məsələnin sıravi bir kiberhücum halıolmadığının göstəricisidir", - o bildirib.