AZ

"Bayern"də ayrılıq: Rəsmən açıqlandı

"Bayern"in müdafiəçisi Erik Dayer mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq.

Publika.az xəbər verir ki, bu barədə Münhen komandasının saytı məlumat yayıb.

"Pivəçilər" 31 yaşlı ingilislə müqaviləni uzatmaq üçün danışıqlar aparsa da, futbolçu karyerasını başqa klubda davam etdirməyə qərar verib.

Mətbuatda Dayerin "Monako"ya keçəcəyi barədə xəbərlər yayılıb. Bildirilir ki, tərəflər müddəti 2027-ci ilin yayına qədər olan müqavilə barədə razılığa gəliblər.

"Bayern" Eriki 2024-cü ilin əvvəlində "Tottenhem"dən əvvəlcə icarəyə götürüb. 6 ay sonra oyunçu ilə tam müddətli müqavilə imzaladı.

Seçilən
0
publika.az

1Mənbələr