Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini əri Məhəmməd Pənahov tərəfindən döyüldüyünü iddia edir.
O, başına gələnləri Haqqin.az-a danışıb. Xanımın dediyinə görə, hadisə ABŞ-də baş verib və həyatda qalmaq üçün Azərbaycana qaçmaq məcburiyyətində qalıb.
Onun sözlərinə görə, əri Məhəmməd Pənahov əyyaşlığa qurşanıb. Qadın bildirib ki, hamilə olduğu zaman əri tərəfindən şiddətə məruz qalıb. Bir dəfə Məhəmməd pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. O deyib ki, Məhəmməd bir dəfə onu döyərkən xanım övladını itirib.
Bir il yarımdan bir qədər çox birgə yaşadıqdan sonra Kaliforniyadakı villalarından qaçmağa qərar verib. Valideynləri və qohumları dəfələrlə qadına polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya xilasını Bakıya qaçmaqda görüb.
Qeyd olunub ki, Məzahir Pənahovun oğlu Məhəmməd Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Sayt yazır ki, həmin dövrdə işsiz olan M.Pənahov Los-Ancelesin prestijli bölgəsində 2.035.400 dollara dəbdəbəli villa alıb. Bildirilib ki, cütlük ABŞ-də maliyyə çətinliyi çəkməyib və onların “Halifax”, “Natwest” kimi Britaniya, eləcə də ABŞ və Dubay banklarında hesabları olub.
Xatırladaq bildirək ki, 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı quran cütlük, bir müddət sonra Los-Ancelesə köçüb.