Modriç “Real”la iki həftəlik yeni müqavilə imzalaya bilər
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 39 yaşlı yarımmüdafiəçi ilə Klublararası Dünya Çempionatına görə qısamüddətli razılıq əldə etməyi planlaşdırır. Xorvatiyalı oyunçunun hazırkı müqaviləsi iyunun sonunda başa çatır.
FIFA-nın tövsiyəsinə əsasən, “Real” eyni şərtlərlə Lukas Vaskeslə də yeni müqavilə imzalamağı düşünür.
Dünya çempionatından sonra hər iki futbolçunun gələcək taleyinə aydınlıq gələcək.