"Roma"nın müdafiəçisi yayda klubu tərk edə bilər.
"Roma"nın müdafiəçisi Evan N'Dika karyerasını başqa klubda davam etdirə bilər.
Operativ Media bu barədə "Mirror"a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 25 yaşlı fil dişilili ilə "Arsenal" və PSJ klubları maraqlanır. Transferin qiyməti 30-40 milyon avro qiymətləndirilir.
N'Dika bu mövsüm 47 oyun keçirib , bir qol vurub və iki məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.