Avropa Liqasında ingilis finalı oynanmağı ehtimal yüksəkdir.
Offsideplus.az xəbər verir ki, "Tottenhem" ilk matçda "Buydo Qlimt"i 3:1 hesabı ilə məğlub edib. "Mançester Yunayted" isə səfərdə "Atletik"ə qalib gəlib - 3:0.
Hər iki komanda eyni anda finala yüksələrsə, o zaman növbəti mövsüm İngiltərəni Çempionlar Liqasında 6 komanda təmsil edəcək. Həm MY, həm "Tottenhem"in Premyer Liqada ilk 5-ə daxil olmaq şansı yoxdur.
Xatırladaq ki, Avropa Liqasında cavab qarşılaşmaları mayın 8-də keçiriləcək.