AZ

Macarıstan Aİ-nin Ukrayna Dəstəyini Tənqid Edir

BAKI,TurkicWorld

Avropa İttifaqı (Aİ) Ukraynaya göstərdiyi maliyyə dəstəyi səbəbindən iflasa doğru gedir.

TurkicWorld xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib

Orban Aİ-nin “Ukraynaya pulları təkər arabalarında daşıdığını” və Kiyevə Avropa İttifaqına sürətli inteqrasiya məqsədilə “nəhəng kredit” verdiyini bildirib.

O, Ukraynanın Aİ-yə tələsik üzvlüyünün zərərli siyasət olduğunu vurğulayaraq, Macarıstanda keçiriləcək referendumun vətəndaşların mövqeyini ortaya qoyacağını və bu mövqeyin Brüssellə dialoqda nəzərə alınacağını qeyd edib.

Baş nazir əlavə edib ki, ayrılan vəsaitlərin çoxu Ukraynaya birbaşa yox, xarici şirkətlərə gedəcək.

Aİ daha əvvəl üzv ölkələrin hərbi sənayesinin inkişafı və Ukraynanın Avropa müdafiə-sənaye bazasına inteqrasiyası üçün təxminən 1 milyard avro ayıracağını elan edib

Orbanın bu açıqlamaları Aİ-nin Ukraynaya dəstək siyasətinə qarşı Macarıstanın mövqeyini bir daha gündəmə gətirib.

Seçilən
0
turkic.world

1Mənbələr