AZ

Azərbaycanda daha bir neçə təsərrüfat sahələri üzrə subsidiya ödənişləri həyata keçiriləcək

Bakı. Trend:

Azərbaycanda daha bir neçə təsərrüfat sahələri üzrə subsidiyaödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Trend xəbərverir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA)Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fətdahov bu gün Bakıda IVAqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən dəyirmi masadaməlumat verib.

O bildirib ki, bu il Qarabağ zonasında müasir suvarma sistemiilə təmin edilmiş əkin sahələrində taxıl bitkiləri üzrə 400 manatsubsidiya ödənişi həyata keçirilib və bu proses davam edir:

"Amma müasir suvarma sistemi olmayan ərazilərdə subsidiyaödənişləri 140 manatdan hesablanır. Azərbaycanın digər ərazilərindəisə müasir suvarma sistemləri ilə təchiz olunmuş taxıl əkinsahələrində bu əmsal bir hektar üzrə 290 manat təşkil edir. Suvarmasistemləri olmayan taxıl əkin sahələri üzrə isə bu məbləğ 230manatdan hesablanır".

Agentlik rəsmisinin sözlərinə görə, tarlaqoruyucu zolaqlarınsalınması ilə məşğul olan fermerlərə də biz bu ildən etibarənsubsidiya ödənişləri həyata keçiriləcək: "Amma burada fermerlərmüəyyən şərtlərə əməl etməlidirlər. Belə ki, həmin əkin sahələridamcı suvarma sistemləri ilə təchiz olunmalıdır, tarlaqoruyucuzolaq minimum 1500 tingdən ibarət olmalıdır və s. Bu şərtlə yerinəyetirildikdən sonra biz tarlaqoruyucu zolağın bir hektarına görə1000 manat subsidiya ödənişi həyata keçirəcəyik".

"Bu il üçün daha bir yenilik məhsul subsidiyası ilə bağlıdır.Kənd Təsərrüfatı Nazirliyi olaraq pambıq, şəkər çuğunduru, tütünməhsullarına görə subsidiya ödəyirdik və bu davam edəcək. Son ikiildə ərzaqlıq buğdaya görə də subsidiya ödənişləri həyatakeçiririk. Bu ildən etibarən isə soya, qarğıdalı və günəbaxanbitkilərinə də məhsul subsidiyası ödəniləcək. Soya bitkisinəəvvəllər əkin subsidiyası ödənilirdi. Bu ildən etibarən isə sadəcəməhsul subsidiyası kimi ödənişlər olunacaq. Amma qarğıdalı vəgünəbaxan məhsullarına görə isə həm əkin, həm də məhsul subsidiyasıödəniləcək", - deyə R. Fətdahov vurğulayıb.

Onun sözlərinə görə, soya üzrə müasir suvarma sistemləri ilətəchiz olunan sahələrdə bir hektar üzrə subsidiya ödənişi üzrəəmsal 120 manatdan, bu sistemlə təchiz olunmayan sahələrdə isə birhektar üzrə əms 100 manatdan hesablanacaq: "Lakin qarğıdalı vəgünəbaxan məhsullarında belə bir tələb yoxdur. Hazırda buməhsulları təhvil verən fermerlərə ton üzrə 50 manat subsidiyaödənişləri icra olunacaq.

Daha bir yenilik yeni salınmış bağlarla bağlıdır. Məqsəd ixracpotensialını artırmaqdır. Təbii ki, bu bağların salınması ilə bağlıbirdəfəlik ödənişlər üçün müəyyən tələblər var. Bu tələblərə, deməkolar ki, bütün bağlar üzrə damcı suvarma sistemlərinin tətbiqi,sığortalanması, torpaq analizi və s. daxildir".

"Bu il üçün Naxçıvan Muxtar Respublikasında yeni salınmışbağlara - alma, armud, badam, püstə, gilas və s. birdəfəlik məhsulödənişləri həyata keçiriləcək. Lakin həmin bağlar üzrə müəyyəntələblərə riayət edilməlidir ki, fermerlər bu ödənişlərdənfaydalana bilsinlər. Bu qaydalara minimal ting sayına riayətetməli, həmin tinglər sertifikasiyadan keçmiş olmalıdır. Eynizamanda bağlarda hündürlük, sıra məsələlərinə diqqət edilməlidir",- R. Fətdahov qeyd edib.

Seçilən
0
az.trend.az

1Mənbələr