Ukrayna hökuməti ABŞ ilə təbii ehtiyatlar üzrə sazişin ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal öz sosial şəbəkə səhifəsində yazıb.
"Hökumət bu sazişin tez ratifikasiya edilməsində parlament üzvlərinin dəstəyinə ümid edir", - D.Şmıqal qeyd edib.
Qeyd edək ki, Ukrayna və ABŞ 2025-ci il aprelin 30-da təbii ehtiyatlar üzrə saziş imzalayıblar. Bu sənəd Ukraynada 57 növ faydalı qazıntının işlənməsinə aiddir.