Rubio Fox News-a müsahibəsində bildirib: "Rusiya və Ukrayna mövqelərini müəyyən qədər yaxınlaşdırıblar, lakin hələ də aralarındakı məsafə böyükdür və irəliləyiş vacibdir."
O əlavə edib ki, artıq Ukraynanın Rusiyanı 2014-cü ildən əvvəlki sərhədlərə qaytarmaq imkanları real deyil və bu faktla barışmaq lazımdır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Brüs isə bəyan edib ki, Vaşinqton artıq vasitəçi rolunu davam etdirməyəcək və Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtının çatdığını düşünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31