AZ

Fantaziyası güclüdür: Moskvadan Trampa elə bir cavab verildi ki...

ABŞ prezidenti Donald Tramp ölkəsinin İkinci Dünya Müharibəsində qalib gələn əsas ölkə olduğunu iddia etməsi barədə xəbər vermişdik.

Publika.az xəbər verir ki, onun bu iddiasına Moskvadan reaksiya gəlib.

Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik "News.ru"yaaçıqlamasında Trampın iddiasına belə cavab verib:

"Trampın fantaziyası güclüdür, ABŞ-ın böyüklüyünü bu şəkildə görür, hekayələr uydurur. O unudub ki, Şimali Fransaya eniş zamanı alman diviziyaları onları darmadağın edib".

Deputat xatırladıb ki, ABŞ-ın o vaxtkı prezidenti Franklin Ruzvelt İosif Stalindən Amerika ordusunun “heç olmasa, ərazini tərk edə bilməsi” üçün Şərq Cəbhəsinə hücuma keçməyi xahiş edib.

O, həmçinin ABŞ-ın "Avropada döyüşmədiyini" qeyd edib, çünki almanlar o vaxta qədər artıq təslim olmuşdular.

Seçilən
0
publika.az

1Mənbələr