AZ

Komissiya sədri: Azərbaycanın bir sıra media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb

Azərbaycanın bir sıra media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb.

“Report”un məlumatına görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunan müzakirələrdə komissiyanın sədri Ramid Namazov deyib.

O qeyd edib ki, hücum texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilib:

“Kiberhücum Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilib. Təbii ki, bu təəssüf hissi doğurur”.

R.Namazov vurğulayıb ki, bu, həmçinin Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına və əlaqələrin ruhuna zidd olan bir haldır.

Seçilən
0
1
report.az

5Mənbələr