
Ukraynalı jurnalist Dmitri Qordon (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi siyahıya salınıb) fiziki məhv olunma təhlükəsi səbəbilə normal həyat tərzi sürə bilmədiyini bildirib. “Strana.ua” nəşrinin xəbərinə görə, o, Rusiya xüsusi xidmət orqanları tərəfindən Ukraynaya göndərilən “elitar killer qruplarının” bir neçə dəfə saxlanıldığını iddia edir.Qordonun sözlərinə görə, o, mağazalara getmir, ictimai yerlərdə görünmür, evində yaşamır və ölkə daxilində daimi hərəkətdədir. Təhlükəsizlik məqsədilə nə özü avtomobil idarə edir, nə də bank kartlarından istifadə edir. O, hazırda dövlət mühafizəsi altındadır.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Yaddaş və Diqqəti Gücləndirən Elmi Sübutlu Metod: Aerobik Fiziki Fəaliyyət