CHP-nin prezidentliyə namizədi,hazırda həbsdə olan Əkrəm İmamoğlunun vəkilləri son vaxtlar media və sosial media platformalarında yer alan bəzi yazılarla bağlı 200-dən çox şəxsə və quruma,o çümlədən İstanbul Baş Prokurorluğu və RTÜK-ə qarşı ittiham işi qaldırıblar.
“Təqsirsizlik prezumpsiyası pozulub”
İmamoğlunun vəkilləri xüsusilə 19 Mart prosesindən sonra müvəkkilləri haqqında təqsirsizlik prezumpsiyasını pozan, ittihamedici, həqiqətə uyğun olmayan və istintaqın məxfiliyini pozan nəşrlərə, yazılara və şərhlərə qarşı qanun çərçivəsində addımlar atıblar. Vəkillər Radio Televiziya Üst Şurasına (RTÜK) və İstanbul Baş Prokurorluğuna 200-dən çox ittiham işi qaldırıb. Müraciətlər arasında A Haber, Akit TV və internet saytı, Sabah qəzeti və onun internet saytı, TGRT TV, Ülke TV, Kanal 24, həmçinin Cem Küçük, Abdulkadir Selvi, Gürkan Hacır və Ferhat Murat da daxil olmaqla bir çox mətbuat və media orqanı və sosial media istifadəçiləri var.
“Qanunlara məhəl qoyulmadı”
İmamoğlunun vəkilləri xüsusilə 19 Mart həbs prosesindən əvvəl və sonra hökumətə yaxın bəzi media orqanları və sosial media hesabları tərəfindən edilən nəşrlərdə şərhlərin və açıqlamaların ictimai vicdanı dərindən yaraladığını vurğuladılar. Bu məzmunlarda hüququn təməl prinsiplərinə məhəl qoyulmadığı, İmamoğlunun konkret dəlillərə əsaslanmayan qərəzli və aldadıcı ifadələrlə hədəfə alındığı bildirilib.
Surxay Əliyev