AZ

Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...


Mətləb Salahov: “Bunlara qarşı operativ informasiya immunitetini gücləndirmək vacibdir”

“Son illər sosial şəbəkələr dedi-qodu səviyyəsində belə olsa, daha çox baxılan və bir sıra hallarda istinad edilən informasiya mənbəyinə çevrilib. Bu hal artıq hər gün artmağa və min dəfə təəsüf olsun ki, peşəkar medianı üstələməyə başlayıb.” Bu fikirləri “Bakı xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. O qeyd edib ki, xaotik və nəzarətsiz informasiya poliqonuna çevrilən sosial şəbəkələrdə əksər vaxtlarda təxribat xarakterli və mənfi niyyətli məlumatlar yayılır və cəmiyyətdə qərəzli fikirlər formalaşdırılır. “Etiraf edək ki, bu gün cəmiyyətin tam əksər hissəsi sosial şəbəkə aludəçisidir. Bu isə ilkin mənbə kimi informasiya və fikir formalaşma deməkdir. Çox vaxt bu platformada qeyri ciddi, biliksiz, ən dəhşətlisi isə milli dəyərlərimiz üçün neqativ insanlar “dirijorluq” edirlər.
Ortada olan reallıq odur ki, sosial şəbəkə platforması cəmiyyəti çox vaxt mənfi informasiya ilə yükləyən təsisata çevrilib. Bütün bunlara qarşı peşəkar mediada qabaqcıl tədbirlər görülməsi, cəmiyyətdə bu neqativ məlumat selinə qarşı informasiya immuniteti formalaşdırmaq ən aktual məsələdir. Bunun üçün isə operativlik, xəbər keyfiyyəti və kütlə psixologiyasına güclü təsir edəcək məlumat mexanizmi hazırlanmalıdır”.

Namiq Quliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr