“Furkanoğlu Dəmiryumruk Stand”ı və Muay Tay Federasiyasının prezidenti Araz Musayev “Teknofest”də Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə görüşüb.
Publika.az xəbər verir ki, Araz Musayev Azərbaycan Prezidentinin Şimali Kipr Türk Respublikasına verdiyi dəstəyə qoşulduqlarını bildirib.
A.Musayev qeyd edib ki, Türkiyənin ən böyük şəhərlərində keçirilən və sonuncusu isə 1-4 may tarixlərində Şimali Kipr Türk Respublikasında təşkil edilən “Teknofest” festivalında “Furkanoğlu Dəmiryumruk Stand” həmişəki kimi yerini tutub.
O, “Baykar” şirkətinə II Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə verdiyi dəstəyə görə təşəkkür edib və “İki dövlət, bir millət” devizi ilə “Teknofest”ə dəstək olmağın borcumuz olduğunu söyləyib:
“Teknofest”in çəkiliş qrupu Araz Musayevdən geniş müsahibə alıb. O bildirib ki, İstanbulda keçiriləcək “Teknofest” festivalında “Furkanoğlu Dəmiryumruk Stand”ı daha da geniş yer alacaq.