“Bayern”in və Niderland millisinin sabiq lideri Aryen Robben “Qroningen” U-14 komandasının baş məşqçisi təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Aryen Robbeni Akademiya komandamıza baş məşqçi kimi cəlb etməyimiz bizi çox qürurlandırır. Təcrübəsinin əlavə izaha ehtiyacı yoxdur, lakin o, bizimlə ilk günlərindən bir məşqçi kimi də güclü təəssürat yaratdı”, - deyə klubun Futbolun İnkişafı Departamentinin rəhbəri Bayron Bakker bildirib.
Robben "Qroningen"in yetirməsidir. 2002-ci ildə PSV-yə keçib. Daha sonra "Çelsi", "Real", "Bayern"da oynayıb. 2020/21 mövsümündə doğma klubuna qayıdıb.