AZ

Naxçıvanda səhiyyə sahəsində idarəetmə yenidən təşkil olunur

Naxçıvanda

Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişikliyi həyata keçirilib.2025-ci il mayın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı fərmana əsasən, "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bu qərar, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və idarəetmənin mərkəzləşdirilməsi məqsədini daşıyır. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görməlidir.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO

Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib

Yaddaş və Diqqəti Gücləndirən Elmi Sübutlu Metod: Aerobik Fiziki Fəaliyyət

Seçilən
0
ulusum.az

1Mənbələr