AZ

Mareska: “Yurqorden”lə oyundan və nəticədən məmnunam”

“Çelsi”nin baş məşqçisi Entso Mareska Avropa Konfrans Liqasının yarımfinalında “Yurqorden”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az məlumat verir ki, “zadəganlar” səfərdə baş tutmuş ilk oyunda 4:1 hesablı qələbəyə seviniblər.

Mareska matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər şeydən öncə, mən nəticədən və oyundan razıyam. Bu, avrokubokun yarımfinalıdır, ona görə də bu, çox vacibdir. Yenə də olsun, biz oyunu bir surətdə başlayıb, digər surətdə isə başa vurmaq fikrində idik. Düşünürəm ki, biz bir saat və ya 70 dəqiqə ərzində yaxşı fəaliyyət göstərdik, amma son 15 dəqiqə ərzində azacıq boşladıq. Güman ki, artıq 3:0 və ya 4:0 hesabı ilə öndə olduğumuzdan. Amma bu göstərdi ki, biz rahatlaşmağı özümüzə rəva görə bilmərik, çünki hər şey mürəkkəbləşə bilər.

“Legiya”ya qarşı oyunda biz səfərdə 3:0 hesabı ilə qalib gəlmişdik, amma artıq evdə fəsadlar yaşadıq (1:2). Bu, bizim nəticələr çıxarmalı olduğumuz qiymətli təcrübə idi. Növbəti oyunumuzda, evdə işimizi başa çatdırmalıyıq və ümidvaram ki, biz finala çıxacağıq”, – “Çelsi”nin rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

Cavab oyunu çərçivəsində “Çelsi” “Yurqorden”i mayın 8-də “Stemford Bric”də qəbul edəcək.

Seçilən
0
arena.az

1Mənbələr