"Yuventus" klubu müdafiəçisi Federiko Qatti ilə yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, italiyalı futbolçu Premyer Liqadan gələn daha yüksək təklifləri rədd edib, "qoca sinyora"da qalmağı seçib. O, Turin klubunda illik 2 milyon avro qazanacaq.

Bu barədə "Tuttosport" məlumat yayıb.

Qatti 2022-ci ildən "Yuventus"da çıxış edir. O, karyerasının sona qədər İtaliya nəhəngində futbol oynamaq istəyir.