Bakı, 2 may, AZƏRTAC
Musiqi, rəngkarlıq və sair sənət növləri kimi, xalça sənəti də inkişaf eləməlidir. Biz müasir xalçalarımızı yaratmaq istəyiriksə, xalça sənətini də müasirləşdirməliyik. Ona görə də, biz həmi yerli, həmi xarici rəssamlarla, dizaynerlərlə müasir, məhdud sayda kolleksiyalar yaradırıq.
AZƏRTAC xəbər verir ki, bunu "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Bakıda keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bu məhdud sayda kolleksiyalar bir həftədə satılır. Əminik ki, gələcəkdə bu xalçalar xaricdəki müasir muzeylərdə, tekstil muzeylərində, xalça muzeylərində və hərraclarda XXI əsrin antik xalçaları kimi satılacaq”, - deyə Emin Məmmədov əlavə edib.