BAKI, 2 may. TELEQRAF
Ukrayna ilə ABŞ arasında yeraltı sərvətlər üzrə iqtisadi tərəfdaşlıq sazişi yaxın günlərdə Ali Rada tərəfindən ratifikasiya oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukrayna” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, sazişin təsdiqlənməsi mayın 8-də baş tuta bilər.
Qeyd edək ki, mayın 1-də Ukrayna və ABŞ arasında yeraltı ehtiyatlardan istifadə və iqtisadi əməkdaşlıqla bağlı saziş imzalanıb. Saziş Ukraynanın yeraltı resurslarından istifadədə ABŞ ilə tərəfdaşlıq mexanizmini nəzərdə tutur.