AZ

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub

Mingəçevir. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuşmüraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşınetibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 39 yaşlıRəvan Abdullayev saxlanılıb.

Trend-inməlumatına görə, o, şəhər sakini olan qadını dövlət qurumunda işədüzəldəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 10 min manatpulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

R.Abdullayevin qanunsuz əməllərindən zərər görən digərvətəndaşlar olarsa polis orqanlarına məlumat verə bilərlər.

Seçilən
0
11
az.trend.az

10Mənbələr