BAKI, 2 may. TELEQRAF
Taksi istifadəsi üçün buraxılış kartı almış 27 minə yaxın avtomobil var.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 2-ci Forumda panel müzakirələrində deyib.
O bildirib ki, əvvəl bu say 67 min idi, lakin indi say aşağı düşüb.
"Bunun səbəbi də hər şeyin standartlaşmasıdır. Həm sürücü imtahandan keçir, həm də avtomobilə buraxılış kartı alır. Avtomobillər son 7 ilin avtomobili olmalıdır. Buna görə də say azalıb və bu şəhərə də müsbət təsir edir", - deyə o qeyd edib.