BAKI, 2 may. TELEQRAF
"Bakı şəhərində 2200-dən çox avtobus fəaliyyət göstərir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 2-ci Forumda panel müzakirələrində deyib.
O bildirib ki, bu da gündə 1 milyondan çox sərnişin daşınması deməkdir.
"Avtobus zolaqları əldə olunan nailiyyətlərindən biridir. Əvvəl avtobus zolaqları qəbul edilmirdi, amma artıq cəmiyyət buna müsbət yanaşır. Burda da medianın köməyi var.
Biz avtobusların sayının artırılmasına çalışırıq", - deyə əlavə edib.