Bakı. Trend:
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramıçərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyinakademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin SəyyarKlinikası tərəfindən 1-2 may tarixlərində Laçın şəhərində əhaliüçün ikigünlük oftalmoloji tibbi müayinələr aparılıb.
Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıcaməqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görməqabiliyyətinin zəifləməsinin qarşısının alınması, görməpatologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrintəyin olunmasıdır.
Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərininsimptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə gözpatologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumioftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallarcavablandırılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 150-əyaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunandigər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin vəmaarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.