"2050-ci ilə qədər beynəlxalq aviasiya sahəsində xalis sıfır hədəfinə nail olmaq planlaşdırılıb. AZAL-da bununla bağlı öhdəliklər götürüb. 2036-cı ilə qədər AZAL öz donanmasının yenilənməsi üçün 20-dən çox təyyarəni öz donanmasına əlavə etməyə hazırlıq işi görür”.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov "Nəqliyyat İnfrastrukturunda davamlı həllər media müstəvisində" keçirilən panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzən olur ki, şirkətlər tərəfindən hər hansı bir hadisə və vəziyyət yarandıqda şirkətlər reaktiv şəkildə münasibət bildirirlər.
"Hadisələrin mediaya çatdırılmasında əziyyət çəkirlər. Bunun üçün bir sıra tədbirlər görülməlidir. AZAL olaraq hər hansı bir böhran və insident baş verməmişdən əvvəl kommunikasiya strategiyasını elə bir şəkildə qurmuşuq ki, artiq ictimaiyyət doğru məlumatları əldə etsin. Kommunikasiyada proaktiv yanaşma əhəmiyyətlidir.
Bəzən aviasiya sahəsində aviareyslərin həyata keçirilməsində gecikmələr olur. Müşahidə edirik ki, cəmiyyətin bu prosesə yanaşması da dəyişib. Müsbət bir tendensiya izləyirik ki, sərnişinlərin təhlükəsizliyinin ən vacib məsələ olduğunu anlayırlar. Burada media nümayəndələrinin rolu olduqca əhəmiyyətlidir".
O bildirib ki, yaxın müddətdə ötən ilin dayanıqlılıq hesabatı ictimaiyyətə çatdırılacaq.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Mədia