"AZAL 2024-cü ildə rekorda imza atdı, 4 milyondan çox sərnişinə xidmət göstərdi".
Pravda.az xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları" QSC- nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən II Forumda deyib.
"AZAL 2030-cu ilə qədər öz donanmasını yeniləməyi nəzərdə tutur. 20-dən çox müasir təyyarə donanmaya əlavə ediləcək. Bu isə karbon emissiyalarının azalmasına xidmət edəcək. Şirkətin yaxın zamanlarda 2024-cü ilin dayanıqlı inkişafla bağlı hesabatı mediaya təqdim ediləcək".
Aytəkin Qardaşova
Tarix: 2 May 2025, 14:04