AZ

"Barselona" yoxsa "İnter" - AÇIQLAMA

Bu gün Çempionlar Liqasının yarımfinal oyununda, "Barselona" və "İnter" arasında keçiriləcək qarşılaşma azərkeşləri ekran qarşısına toplayacaq. Görəsən, üstünlük hansı tərəfdə olacaq? Finalda hansı klubları görəcəyik? 

Mövzu barədə idman jurnalisti Fuad Eldarov və futbol eksperti Elçin Cəfərov 90deqiqe.Az saytına danışıblar:

"Qarşılaşmada üstünlüyün kimdə olacağını demək çətindir, çünki hər iki komanda özlərini çox yaxşı göstəriblər. Hazırda "İnter" A Seriyasında liderlik uğrunda mübarizə aparır, "Barselona" isə İspaniyada liderlik mövqeyindədir. Hər iki komandanın hazırkı əsas hədəfi UEFA Çempionlar Liqasının kubokunu qazanmaqdır.

Bu səviyyədə, xüsusilə yarımfinal mərhələsində hansısa komandanı digəri ilə müqayisədə daha üstün saymaq çətindir. Lakin onların oyun üslublarına əsaslanaraq ümumi bir mənzərə yaratmaq mümkündür.

 Ümumilikdə hücum futbolu oynayan komanda ilə əks-hücumda oynayan komandanı bir araya gətirsək əlbəttədə ki, azda olsa fərq mən dəyərdimki "İnter"də ola bilər. "Barselona" "İnter"lə qarşılaşmada ehtiyatlı olmalıdır. Təxmin edirəm ki "Barselona" ilk dəqiqələrdən hücumda aktivlik göstərəcək. "İnter" isə rəqibini əks-hücumlarda yaxalamağa çalışacaq. Bu baxımdan düşünürəm ki "İnter"in cəhdləri uğurlu olarsa ilk hesabı açan tərəf ola bilər. Matçın gedişatı bundan sonra hansı istiqamətdə davam edəcək, onu oyun zamanı görəcəyik.

Qeyd edim ki, "İnter"in heyətində Benjamin Pavardın olmaması da diqqət çəkən məqamlardan biridir. Görək, Pavardsız Inter nəyə qadirdir və bu oyundan nə nəticə ilə çıxacaq.

Final qarşılaşmasında görmək istədiyim komandalar isə "İnter" və PSJ-dir".

Ekspert Elçin Cəfərovun mövzu barədə fikirləri belədir: 

 "Barselona" və "İnter" arasında keçiriləcək qarşılaşma futbolsevərlərə əsl taktiki savaş vəd edir. Hücum oyunu ilə tanınan "Barselona" və ciddi müdafiəsi ilə seçilən "İnter" bu oyunda bir-birinə tam zidd futbol fəlsəfələrini nümayiş etdirəcəklər. 

"Barselona"nın Levandovski, Rafinya və Yamal triosu son dövrlərdə komandanın hücum xəttinə böyük töhfə verir. Kataloniyalılar ənənəvi topa sahib olma strategiyası, qısa ötürmələr və cinah dəyişmələri ilə müdafiə xətlərini yormağa çalışırlar. Oyunu genişliyə yayaraq, ani mərkəzə göndərilən toplarla təhlükəli epizodlar yaratmaq, bu matçda da əsas taktiki plan ola bilər.

Topa sahib olmaqdan daha çox, topsuz oyuna fokuslanan və əks-hücumlar üçün mövqe alan "İnter", bu oyunda da oxşar yanaşma sərgiləyəcək.

"İnter"in əsas silahlarından biri şübhəsiz ki, Lautaro Martinezdir. Argentinalı forvard bu mövsüm yüksək formada çıxış edir. Yarımmüdafiədə isə Hakan Çalhanoğlunun rolu xüsusi qeyd olunmalıdır. O, birinci və ikinci fazanı birləşdirən əsas oyun qurucusudur və bu matçda onun göstərəcəyi performans "İnter"-in ümumi oyununa birbaşa təsir edəcək.

İki komanda son dəfə 2009/2010 mövsümündəı yarımfinalda qarşılaşmışdı. Həmin mövsüm "İnter" səfərdə "Barselona"-nı məğlub edərək finala yüksəlmiş və nəhayət turnirin qalibi olmuşdu. Bu dəfə də oxşar atmosfer və yüksək gərginlikli matç gözlənilir. Bu baxımından maraqlı bir matç izləyəcəyik".

Final üçün şəxsi proqnozum dəyişmir: "Barselona" – PSJ qarşılaşması. Ancaq "İnter"in səfərdən istədiyi nəticə ilə qayıtması da mümkündür – xüsusilə İnzaqinin taktiki bacarığı və oyunçuların fərdi forması bunu mümkünsüz etmir, deyə o, qeyd edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr