AZ

AZAL-ın şöbə müdiri: 2050-ci ilə qədər beynəlxalq aviasiya sahəsində "net zero" hədəfinə nail olmaq planlaşdırılıb

"2050-ci ilə qədər beynəlxalq aviasiya sahəsində "net zero" (xalis sıfır) hədəfinə nail olmaq planlaşdırılıb”.

APA xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada “Azərbaycan Hava Yolları" QSC- nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov deyib.

O bildirib ki, AZAL-da bununla bağlı öhdəliklər götürüb: “2036-cı ilə qədər AZAL öz donanmasının yenilənməsi üçün 20-dən çox təyyarəni öz donanmasına əlavə etməyə hazırlıq işi görür. Bir sıra sahələrdə müəyyən çətinliklər baş verir. Aviasiya sahəsində də gecikmələr olur. Aviaşirkətlərdə olduğu kimi, gecikmələr və yubanmalar baş verir. Biz çalışırıq ki, ictimaiyyəti əvvəlcədən məlumatlandıraq.

Fərid Hüseynov hava nəqliyyatının ictimaiyyəti maraqlandıran ən vacib sahələrdən biri olduğunu bildirib: “AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı çox böyük işlər görülür. Son 3 ildə əməliyyat və sərnişin dövriyyəsi baxımından AZAL böyük nəticələr əldə edib".

Seçilən
0
5
apa.az

6Mənbələr