AZ

Livan Ordusu terror bazalarına basqın həyata keçirib

Bu barədə Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Diqqətə çatdırılır ki, Livan Silahlı Qüvvələrinin əsgərləri, eyni zamanda, iranyönümlü "Hizbullah" terror təşkilatının həmin ərazidəki bazalarını basıb.

Livan hökuməti telekanalın iddiasını hələlik təsdiqləməyib. Basqınların təfərrüatı ilə əlaqədar da hazırda məlumat yoxdur.
Livanda HƏMAS üzvləri saxlanılıblar

Xatırladaq ki, aprelin 16-da Livan Silahlı Qüvvələri bu ölkədə fələstinli qaçqınların məskunlaşdıqları düşərgələrdə (Eyn-əl-hilvə və Nəhr-əl-bərid) HƏMAS qruplaşmasına məxsus bir sıra yaraqlını ələ keçirmişdi. "Al-Hadath" həmin vaxt bildirmişdi ki, hadisə İordaniya Kralı II Abdullahın Livan Prezidenti Cozef Aun ilə telefon danışığında "İordaniyada HƏMAS-la əlaqəli raket istehsalı mərkəzini ifşası" fonunda baş verə bilər.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr