AZ

Rövşən Tağıyev: "Yol hərəkəti təhlükəsizliyinə görə bir çox ölkələrdən ön sıradayıq"

"On il əvvəl həddindən artıq avtoxuliqanlar formalaşmışdı. Mediada məsələnin işıqlandırması, maarifləndirmə bunu minimuma saldı".

 

Pravda.az xəbər verir ki, bu sözləri Baş Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyi və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 2 may 2025-ci il tarixində “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 2-ci Forumda deyib.

 

"Yol hərəkəti təhlükəsizliyinə görə bir çox ölkələrdən ön sıradayıq. Media öz sözünü deməyə başladı. Bizə media nümayəndələri böyük dəstək verdilər. Hər birinə təşəkkür edirik".

 

Aytəkin Qardaşova

Tarix: 2 May 2025, 13:50   
Seçilən
0
pravda.az

1Mənbələr